Əliyar Ağayev Yunanıstana təyinat aldı

  07 Mart 2019    Oxunub : 747
Əliyar Ağayev Yunanıstana təyinat aldı
FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununu idarə etmək üçün təyinat alıb.
Azvision.az xəbər verir ki, 32 yaşlı baş hakim “PAOK” – “Atromitos” matçını idarə edəcək. Martın 10-da keçiriləcək qarşılaşmada Ə.Ağayevə yan xətt hakimləri Akif Əmirəli və Rza Məmmədov kömək edəcəklər.

Qeyd edək ki, “Tumba” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

Azvision.az

Teqlər: ƏliyarAğayev