Zəhra ANS-dən çıxma səbəbini açıqladı

Zəhra ANS-dən çıxma səbəbini açıqladı
  15 Noyabr 2013    Oxunub:9141
Tanınmış aparıcı Zəhra Rüstəmova ANS telekanalındakı işindən çıxıb. AzVision.az-ın məlumatına görə, bu barədə aparıcı özü məlumat verib.

“ANS-dən ayrılanlardan biri də mən oldum. Həyatımda yeni mərhələyə qədəm qoyuram. Noyabrda işə başlayacaqdım. Amma iş elə gətirdi ki, uşağa görə işdən çıxmalı oldum”.

Aparıcının sözlərinə görə, o bu qərara yayda gəlib: “Lakin, Analıq məzuniyyətində olduğum üçün hələlik gözləməli oldum. Noyabr ayında işə çıxacaqdım. Lakin iş elə gətirdi ki, uşağa görə işdən çıxmalı oldum”.

Z.Rüstəmova onu da əlavə edib ki, gələn ildən öz fəaliyyətinə yenidən davam edəcək.

Qeyd edək ki, bir müddət əvvəl təşkil etdiyi erotik foto sərgi ilə böyük qalmaqala səbəb olan Z.Rüstəmova ANS-də “Ağıl dəryası” verilişinin aparıcısı idi. O, ANS-in sabiq əməkdaşı Cavid Osmanovla evlidir, bir övladı var.

Nİhadə Eyyubova


Teqlər:  





Xəbər lenti