“Meşələrin çəpərlənməsi daimi olmayacaq” - Nazir müavini
Onun sözlərinə görə, Azərbaycanda meşələrin çəpərlənməsi yalnız kənar müdaxilələr olarsa, həyata keçiriləcək: "Bəzi meşə fondu ərazilərinə mal-qaranın girişinin qarşısı alınmalıdır. Bu halların qarşısının alınması üçün meşələrin çəpərlənməsi təcrübəsinin tətbiqi faydalı olar".
F.Əliyev xaricdən ting gətirən iş adamlarına isə müraciət edərək bildirib ki, ETSN-nin kifayət qədər yerli şəraitə uyğunlaşdırılmış tingləri var və buna görə də xaricdən tinglərin gətirilməsinə ehtiyac yoxdur.
Aytən Zəhra
Azvision.az