Berlində Azərbaycanın mədəniyyət axşamı keçirilib

Berlində Azərbaycanın mədəniyyət axşamı keçirilib
  07 Mart 2019    Oxunub:1624
“Turizmin inkişafında mədəniyyətlərin ünsiyyətinin rolu vacibdir”.
Azvision.az -ın məlumatıan görə, bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid martın 7-də “İTB Berlin 2019” turizm sərgisi çərçivəsində təşkil olunan Azərbaycan mədəniyyəti axşamı tədbirinin açılışında vurğulayıb.

Almaniyanın ən böyük turizm və səyahət şirkətlərinin nümayəndələri, turizm üzrə bloqqer və influenserler iştirak etdiyi gecədə Azərbaycan musiqisinin tanıtımı məqsədilə milli musiqilərdən ibarət kompozisiyalar tarda qonaqlara təqdim olunub, həmçinin bəstəkar və pianoçu İsfar Sarabski çıxış edib.

Tədbirdə fotoqraf Orxan Aslanovun “Mənim Azərbaycanım“ adlı foto sərgisi çərçivəsində Azərbaycanın görməli yerləri nümayiş etdirilib. Azərbaycanın Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da tədbirdə çıxış edərək Azərbaycanın turizm potensialının zənginliyi haqqında danışıb.

Azvision.az


Teqlər: Azərbaycan   Almaniya  





Xəbər lenti