Putindən miqrantlarla bağlı yeni qərar
Sənəddə qeyd olunur ki, şəhərə müvəqqəti (otellərdə, sanatoriyalarda, istirahət evlərində, pansionatlarda, kempinqlərdə və xəstəxanalarda qalanlar istisna olmaqla) və daimi gələnlər 3 gündən gec olmayaraq qeydiyyata düşməlidir. Miqrantların qeydiyyatı elə həmin gün aparılmalıdır.
Olimpiadada iştirak etməyən və vizasız Soçiyə təşrif buyuran əcnəbilər 30 gündən artıq burada qala bilməz.
Qanun olimpiya vəsiqəsi olan ruslara və xarici vətəndaşlara şamil edilmir.
S. Həsənova