Çində 1 uşaq qanunu ləğv edildi

Çində 1 uşaq qanunu ləğv edildi
  15 Noyabr 2013    Oxunub:3254
Ölkənin dövlət rəsmiləri bu barədə məlumat verib
Çin dünya dövlətləri arasında əhalisinin sayına görə lider ölkədir. Məhz buna görə də, Çində hər ailədə yalnız bir uşağa icazə verilirdi.

Lakin “Xinhua” xəbər agentliyinin verdiyi məlumata əsasən, artıq Çin hökuməti tək uşaq qanununa əməl etməyən Çinin rəsmi vətəndaşlarını cəzalandırmayacaq. Ölkənin dövlət rəsmiləri bu barədə məlumat verib.

Qəbul edilən qanunda o da qeyd edilib ki, vətəndaşlar 28 yaşına qədər gözləməli olacaqlar və uşaqlar arasında azı 4 yaş fərqi olmalıdır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti