“Roma”da yeni baş məşqçi

“Roma”da yeni baş məşqçi
  09 Mart 2019    Oxunub:2401
İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi məlum olub.
Azvision.az xəbər verir ki, ötən gün Eusebio Di Françesko ilə yollarını ayıran paytaxt təmsilçisi Klaudio Ranyeri ilə anlaşıb. İtaliyalı məşqçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Xatırladaq ki, Ranyeri 2009-2011-ci illərdə “Roma”nın baş məşqçisi olub. O, bir neçə əvvəl İngiltərənin “Fulhem” klubundan istefaya göndərilib.

Azvision.az


Teqlər: Roma  





Xəbər lenti