Növbəti SAT imtahanı keçirilib

  09 Mart 2019    Oxunub : 802
Növbəti SAT imtahanı keçirilib
Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçirilib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanda iştirak edən şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasına daxil olublar və imtahan başlayıb.

Qeyd edək ki, imtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayıb.

Azvision.az

Teqlər: DİM   imtahan