Sumqayıtda top mərmisi

  15 Noyabr 2013    Oxunub : 497
Sumqayıtda top mərmisi
Sumqayıtda top mərmisi aşkar olunub
Bu gün saat 10:25-də “112 – qaynar xətt” xidmətinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki kompressor zavodunun ətrafındakı evlərin yaxınlığında partlayıcı əşya tapılması barədə məlumat daxil olub.

AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, bununla əlaqədar qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloqları və pirotexniki işlər üzrə mütəxəssisləri hadisə yerinə göndərilib.

Xidmətin mütəxəssisləri hadisə yerinə gəlmiş hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə yaxınlıqdakı insanları təhlükəli sahədən uzaqlaşdıraraq əraziyə kənar şəxslərin girişini məhdudlaşdırıblar. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəsəbədə yeni tikilən evlərə su çəkilişi məqsədilə aparılan qazıntı işləri zamanı fəhlələr tərəfindən 100 millimetrlik top mərmisi aşkar olunub. Baxış zamanı mərminin korroziyaya uğradığı və yararsız vəziyyətdə olduğu müəyyən edilib.

Mərmi aidiyyəti üzrə hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib. Əraziyə mütəxəssislər tərəfindən təkrar baxış keçirilərkən partlayış təhlükəli əşya aşkar olunmyıb.

Teqlər: