ABŞ-da külək 23 mindən çox insanı işıqsız qoydu

ABŞ-da külək 23 mindən çox insanı işıqsız qoydu
  10 Mart 2019    Oxunub:1308
ABŞ-da müşahidə edilən güclü külək Arkanzas və Texas ştatlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, külək səbəbindən Arkanzasda 13,5 min, Texasda isə 10 mindən çox insanın yaşadığı ərazidə enerji verilişi dayandırılıb. Təbii fəlakət nəticəsində ümumilikdə 23,5 min nəfər işıqsız qalıb.

Bundan əlavə, ölkə ərazisində hava şəraitinin pisləşəcəyi, qar yağacağı barədə əhaliyə xəbərdarlıq edilib.

Azvision.az



Teqlər: ABŞ   Külək  





Xəbər lenti