“Ola bilsin, bizim gücümüzdən xəbərsizdirlər” - Tanınmış bəstəkar

“Ola bilsin, bizim gücümüzdən xəbərsizdirlər” -   Tanınmış bəstəkar
  10 Mart 2019    Oxunub:4796
“Çingiz Mustafayevin oxuduğu mahnı normaldır. Mənə elə gəlir ki, “Eurovision”da bizi layiqincə təmsil edə bilər. Ancaq bu müsabiqədə hər şey ölkələrin verdiyi səsdən asılıdır”.
Bunu Azvision.az -a tanınmış bəstəkar Nailə Mirməmmədli İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkəmizi gənc müğənni Çingiz Mustafayevin təmsil etməsinə münasibət bildirərkən deyib.

Bəstəkar vurğulayıb ki, mahnı nə qədər yaxşı olsa da, müsabiqədə yer tutmaq üçün səs yığmaq lazımdır.

“Müsabiqədə səsə və mahnıya görə yer tutulsaydı, mən ağızdolusu danışardım. Orada başqa bir oyun gedir. Kim daha çox səs yığdısa, qalib olur. Mənə elə gəlir ki, Çingiz bizi layiqincə təmsil edə bilər. Kaş, ifaçıların səsi və göstərdiyi şou ilə ölkələrin səsverməsi üst-üstə düşərdi. O gün olsun, yerli bəstəkarları da işlətsinlər, desinlər siz də mahnı yazın. Əks təqdirdə adam yaradıcılığa qarşı bir az həvəssiz olur. Mahnı üçün bizə müraciət etmirlər. Ola bilsin, bizim gücümüzdən xəbərsizdirlər. Bəstəkarlar arasında müsabiqə keçirilsəydi, hamı öz gücünü göstərərdi”.

Qeyd edək ki, Çingiz Mustafayevin “Eurovision 2019” mahnı müsabiqəsində ifa edəcəyi “Truth” adlı mahnının müəllifi bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovadır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Bəstəkar  





Xəbər lenti