“Mançester Yunayted” “Arsenal”a uduzdu

  10 Mart 2019    Oxunub : 564
“Mançester Yunayted” “Arsenal”a uduzdu
İngiltərə Premyer Liqasında 30-cu tura yekun vurulub.
Azvision.az xəbər verir ki, mərkəzi qarşılaşmada "Arsenal"la əzəli rəqibi "Mançester Yunayted" üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən görüş "Arsenal"In 2:0 hesablı qələbəsilə başa çatıb.

Bu qələbədən sonra 60 xalı olan "Arsenal" turnir cədvəlində dördüncü yerə yüksəlib, "Mançester Yunayted" isə 58 xalla beşinci olub.

Azvision.az

Teqlər: Arsenal