“Akif Əlizadənin dünya malında gözü yoxdur” - Alimlərin ev qalmaqalı
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətinin rəhbəri Zülfüqar Fərzəliyev bildirib. Onun sözlərinə görə, alimlər üçün tikilən evlərin AMEA rəhbərliyi tərəfindən satılması barədə iddialar doğru deyil.
Z.Fərzəliyev xatırladıb ki, hazırda Saray qəsəbəsində alimlər üçün yeni şəhərcik tikilir: “Akif müəllim bu şəhərciyin tikilməsinə çətinliklə razılıq alıb. Alimlər şəhərciyində bütün infrastruktur, bağça, məktəb olacaq. Oradan ev istəyənlər güzəştli şərtlərlə mənzil ala biləcəklər. Təxminən 500-ə yaxın alimin ev almaq imkanı olacaq. Binanın gözəl mənzərəsi var, avtobusun sonuncu dayanacağında yerləşir. İlin sonunda binanın 2 bloku təhvil veriləcək”.
Qeyd edək ki, AMEA-nın bəzi əməkdaşları alimlər üçün tikilmiş binadakı mənzillərin sədr Akif Əlizadə tərəfindən satılması ilə bağlı iddialar irəli sürərək, buna etirazlarını bildiriblər.
Aytən Zəhra
Azvision.az
Teqlər: AMEA