Kasparov Latviyadan vətəndaşlıq istədi

Kasparov Latviyadan vətəndaşlıq istədi
  16 Noyabr 2013    Oxunub:1831
Tanınmış rus şahmatçı, müxalifətçi Harri Kasparov Latviyadan “xüsusi xidmətlərinə görə” vətəndaşlıq istəyib. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Riqadakı səfiri Aleksandr Veşnyakov Latviyanın “Balkom” radiosuna verdiyi müsahibədə bildirib ki, Rusiya şahmatçısı Harri Kasparova Latviya vətəndaşlığı vermək hüquqi məsələdirsə və onun siyasətlə heç bir aidiyyatı yoxdursa, o zaman qərar Moskva və Riqa arasında əlaqələrə təsir etməyəcək.

Kasparov noyabrın 5-də vətəndaşlıqla bağlı müraciət etsə də, Latviya Seyminin 13 noyabrda keçirilən iclasında bu məsələyə baxılmağa vaxt çatmayıb.

A. Veşnyakovun sözlərinə görə, hər şey hansı qərarın verilməsindən asılıdır: “Bu məsələdə əgər heç bir siyasi motiv olmayacaqsa, bu adi bir hadisədir. Hələ bu barədə danışmaq tezdir. Seymin iclasında məsləyə baxılacaq. Əgər mənfi qərar verilsə, mən heç də təəccüblənmərəm.”

Xatırladaq ki, Harri Kasparov rus, sovet şahmatçısıdır. Siyasi mövqeyinə görə müxalifətçi olan bu şahmatçı 13 dəfə dünya çempionu olub. 2000-ci ildə Vladimir Kramnikə uduzduqdan sonra dünya çempionu titulunu itirib.


Teqlər:





Xəbər lenti