“Bakı”nın yarımmüdafiəçisi Litvanın ən yaxşı futbolçusu oldu

“Bakı”nın yarımmüdafiəçisi Litvanın ən yaxşı futbolçusu oldu
  16 Noyabr 2013    Oxunub:1521
Litvada ilin ən yaxşı futbolçusu müəyyənləşib.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu ada “Bakı” klubunun yarımmüdafiəçisi Mindauqas Kalonas layiq görülmüşdür.
M.Kalonas ötən mövsümü Bakının “Rəvan” komandasının heyətində keçirmişdi. Məhz bu klubdakı parlaq çıxışı sayəsində o, uzun müddətdən sonra yenidən Litva yığmasına dəvət olunmağa başlamışdı. Bu mövsüm isə o, “Bakı”ya keçmişdir. “Bakı”nın heyətində də M.Kalonas komandanın liderlərindən birinə çevrilmişdir. O, mövsümün geridə qalan dövründə 5 qol vurmuşdur.

Futbolçuya ölkəsinin ən yaxşısı seçilməsi münasibətilə “Qızıl buts” təqdim olunmuşdur.


Teqlər:





Xəbər lenti