Berti Foqts: “Böyükağa hörmətsizlik edir”

Berti Foqts: “Böyükağa hörmətsizlik edir”
  16 Noyabr 2013    Oxunub:1377
“Estoniya millisini qələbə münasibətilə təbrik edirəm. Görünür qələbə istəkləri daha çox idi”.
AzVision.az APA- ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis Tallinndə Estoniya yığması ilə keçirilən qarşılaşma haqda fikirlərini açıqlayıb. Foqts 1:2 hesablı məğlubiyyətin səbəblərinə toxunub: “İki səhvimizdən sonra iki qol buraxdıq. Belə oyunlara bizə çox lazımdır. Gələn il Avro-2016-nın seçmə mərhələsi başlayır Növbəti seçmə mərhələyə hazırlıq məqsədilə martda da yoxlama oyunları olacaq. Avqustda isə heç kim belə matç keçirməyəcək. Nəzərə almalıyıq ki, rəqibin futbolçuların çoxu başqa çempionatlarda oynayır. Oyundan razı qala bilmərəm. Kimsə belə matçlarda 80 fazi qüvvə ilə oynaya biləcəyini düşünürsə yanılır. Maksim Medvedevi məcburiyyətdən dayaq yarımmüdafiəçisi kimi oynatdım. O, sağ cinah müdafiəçisi kimi daha yaxşıdır. Amma gələcək üçün sınaqdan keçirməliyik”.

Almaniyalı mütəxəssis oyunun axarına da toxunub: “Birinci hissədə biz, ikincidə Estoniya yaxşı oynadı. Rəqib daha sürətli idi. Qələbəni rəqibə hədiyyə etdik. Pərdis Fərcad-Azadla Cihan Özkaranın sürət problemi var. Biz hamımız azərbaycanlıyıq və mentalitetimizi bilirik. Oyuna daha məsuliyyətli yanaşsaydıq, uduzmazdıq”.

Foqts “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin Qırğızıstanla oynamaqdansa Bakı klubu və ya “Qarabağ”la üz-üzə gəlməyin daha yaxşı olduğunu deməsinə cavab vermək istəməyib: “Böyükağaya cavab verməyəcəm. Ona cavab vermək istəmirəm. Böyükağa bu sözləri deməklə Qırğızıstana qarşı hörmətsizlik edir. Bunu yalnız heç nə başa düşməyən adam deyə bilər”.

Foqts məğlubiyyətin səbəblərindən birini də mətbuatda görür: Tarixdə ilk dəfə 9 xal yığdıq. Hamı razı idi, məndən başqa. Çünki mən 18 xal istəyirdim. İnkişaf edə bilməməkdə hardasa mətbuatın da günahı var. Buraxılan qollara baxın, kimin günahından oldu?

Hansı futbolçunun? Siz onları çox tərifləyirsiz. Belə oyunlarda rəqib uşaq səhvlərini bağışlamır. Son illər AFFA çox işlər görüb. Yeni meydançalar istifadəyə verilib. Xaricdə neçə legionerimiz var? Bədavi yaxşı futbolçudur. Onun yaxşı gələcəyi var”.


Teqlər:  





Xəbər lenti