Azərbaycan yığması turnirin lideri ilə görüşür

Azərbaycan yığması turnirin lideri ilə görüşür
  16 Noyabr 2013    Oxunub:1236
Bu gün Azərbaycan yığması turnirin lideri ilə görüşür.
Varşavada istirahət günündən sonra şahmat üzrə kişilər və qadınlar arasında Avropa komanda çempionatlarının altıncı turunun oyunları keçirilir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu turda Azərbaycan qrossmeysterləri Gürcüstan komandasına 3:1 hesabı ilə qalib gəlmişlər. Bu gün kişilərin yarışlarında turnirin lideri – Fransa yığması və ikinci yeri tutan komanda – Azərbaycan yığması görüşürlər. 3-cü yerdə Rusiyanın nümayəndələri, 4-cü yerdə isə Ermənistan yığmasıdır.

Qadınlardan ibarət yığma komandamız 7-ci turda Hollandiya komandası ilə görüşəcəkdir.


Teqlər:





Xəbər lenti