Saakaşvili yeni prezidentin andiçməsinə getməyəcək

Saakaşvili yeni prezidentin andiçməsinə getməyəcək
  16 Noyabr 2013    Oxunub:1140
Saakaşvili Gürcüstanın yeni prezidentinin inauqurasiyasına getməyəcək.
Gürcüstanın hazırkı dövlət başçısı Mixail Saakaşvili ölkənin yeni prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də keçiriləcək inauqurasiya mərasiminə qatılmayacaq. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Saakaşvili bu barədə öz rəsmi facebook səhifəsində yazıb: “Müxalifət partiyasının baş katibi, keçmiş baş nazir Vano Merabişvili həbsdə olduğu bir vaxtda mən sizləri aldada bilmərəm ki, hər şey normaldır və qaydalara uyğun gedir”

Onun sözlərinə görə, 2012-ci ilin oktyabrlında Gürcüstanda keçirilən seçkidən sonra bir sıra dəyişikliklərin olacağını gözləsə də, lakin yeni hakimiyyətin ölkə konstitusiyasına hörmətsizlik edəcəyini gözləməyib.

Saakaşvili həmçinin bildirib ki, yalnız öz tərəfdarlarının təqib olunmayacağı halda inauqurasiya mərasiminə qatıla bilər.


Teqlər:  





Xəbər lenti