Kamran Ağayev milliyə çağırılmadı
Azərbaycan millisi martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq. Millimizin yeni baş məşqçisi Nikola Yurçeviç bu oyunlara Kamran Ağayevi çağırmayıb. Əvəzində Əli Babayev, Aleksey İsayev və Ömər Buludov kimi futbolçular millidən ilk dəfə dəvət alıb.
Qapıçılar: Səlahət Ağayev ("Neftçi"), Emil Balayev ("Tobol", Qazaxıstan), Şahruddin Məhəmmədəliyev ("Qarabağ")
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ"), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi "Neftçi"), Təmkin Xəlilzadə ("Sabah"), Şəhriyar Rəhimov ("Səbail")
Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Mədətov, Araz Abdullayev (hamısı "Qarabağ"), Eddi İsrafilov ("Alkorkon", İspaniya), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi "Neftçi"), Əli Babayev, Aleksey İsayev (hər ikisi "Sumqayıt"), Dmitri Nazarov ("Aue", Almaniya)
Hücumçular: Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya), Rüfət Dadaşov ("Proysen", Almaniya), Mirabdulla Abbasov ("Neftçi").
Azvision.az
Teqlər: