Bakıda Dünya Kubokunun püşkatma mərasimi keçirilib

Bakıda Dünya Kubokunun püşkatma mərasimi keçirilib
  14 Mart 2019    Oxunub:2573
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyətləri rəhbərləri və nümayəndələrinin görüşü keçirilib.
Azvision.az xəbər verir ki, görüş zamanı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə yarış iştirakçılarının sayının artdığını deyib. O, əlavə edib ki, bu yarış 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək.

Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə texniki nümayəndəsi Kim Daudell və kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Ceff Tomson yarışın təşkilində görülmüş işə görə Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Martın 14-17-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək və 41 ölkədən gimnastların çıxış edəcəyi kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun püşkatma mərasimi keçirilib.

Azvision.az



Teqlər: Gimnastika-Federasiyası  





Xəbər lenti