İdmançımız dünya birinciliyində üçüncü oldu
Atletimiz birdən qaldırma hərəkətində 125 kq-ı ram edərək, bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb.
Əli təkanla qaldırma hərəkətində də uğurlu çıxışını davam etdirib. O, 155 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə də bürünc medala yiyələnib.
Toplam 280 kq (125+155) nəticə göstərən Şükürlü yekun sıralamada da 3-cü yeri tutaraq fəxri kürsüyə qalxmağı bacarıb.
Buna qədər Azərbaycan yeniyetmələri arasında yalnız Nailxan Nəbiyev (2009) və Azər Məmmədli (2012) dünya birinciliklərində toplamda medal qazanmağı bacarmışdı. Əli Şükürlü Las-Veqasda bu uğuru təkrarlamaqla adını tarixə yazdırıb.
Qeyd edək ki, hazırda Las-Veqasda keçirilən yarışda çıxış edən Azərbaycan yığma komandasının aktivində 5 bürünc medal (1 böyük, 4 kiçik) var. Buna qədər Ömər Cavadov (55 kq) və Rüstəm Qasımov (67 kq) öz çəkilərində birdən qaldırma hərəkətində bürünc medala sahib çıxmışdılar.
Azvision.az