NATO sammitinin günü açıqlandı
Anders Foq Rasmussen Britaniyanın Baş naziri Devid Kameronun təşkilatın 2014-cü ildə keçiriləcək sammitinin Böyük Britaniyada keçiriləcəyi barədə bəyanatını da alqışlayıb.
NATO Baş katibi qeyd edib: "Bu sammit NATO üçün əlverişli imkan olacaq. Biz İSAF missiyamızın 2014-cü ilin sonunda başa çatmasını, həmçinin Əfqanistanda fəaliyyətimizin yeni mərəhələsini qeyd edəcəyik. Biz alyansımızın güclü, çevik olması və hər bir təhlükəsizlik çağırışına cavab verməyə hazır olması üçün müasirləşdirilməsi istiqamətində bundan sonra da addımlar atacıq".(trend)