Rusiya yeni pilotsuz təyyarə yaradır
İnterAz-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Amerikanın “The Washington Free Beacon” nəşri Tatarıstandakı zavoddan hələ fevralda əldə olunan, sonradan isə silinən fotoşəkilləri təhlil edərkən bildirir ki, yaxın gələcəkdə Rusiya ordusu çox uzaq məsafələrə uça biləcək pilotsuz təyyarə ilə təchiz ediləcək.
Amerikalı mütəxəssislər ehtimal edirlər ki, yeni təyyarə zərbə endirən olacaq və ən azı orta hündürlükdə hərəkət edəcək. Onların fikrincə, o ABŞ-ın eyni tipli uçuş aparatı olan MQ-Reaper-i xatırladır.
Ekspertlərin sözlərinə görə, Rusiyanın yeni pilotsuz təyyarəsi ABŞ və digər ölkələrin istehsalı olan təyyarələrdən döyüş xarakteristikalarına görə geri qalır. Amerikanın pilotsuz təyyarəsi Pakistandakı taliblərin liderini məhv edib.
İşlənib hazırlanması tam məxfi şəraitdə aparılan Rusiyanın pilotsuz təyyarəsi təxminən 2016-cı ildə ordunun istifadəsinə veriləcək. Rusiyalı mütəxəssislərin bildirdiyinə görə isə, Rusiya çəkisi ən yüngüllərdən olacaq pilotsuz təyyarələr hazırlayır – bu təyyarələr dünyada ən yüngül təyyarələrdən olacaq ki, onlara maraq olduqca böyük olacaq. Ruslar elə bir yeni texnologiya kəşf ediblər ki, ona əsasən uçuş aparatlarının çəkisini 2-2,5 dəfə aşağı salmaq olur.
AzVision.az
Teqlər: