Plasido Dominqo Xankəndidə konsert verəcək

Plasido Dominqo Xankəndidə konsert verəcək
  16 Noyabr 2013    Oxunub:1192
Dünyaca məşhur müğənni kiçik Plasido Dominqo (tenor Plasido Dominqonun böyük oğlu) noyabrın 17-də Xankəndidə konsert proqrammı ilə çıxış edəcək.
AzVision.az APA- ya istinadən xəbər verir ki, noyabrın 21-də müğənninin həmçinin İrəvanda çıxış edəcəyini Aysor.am saytı yazır.

Konsertdən öncə erməni jurnalistlərinin Dağlıq Qarabağa səfəri ilə əlaqədar Azərbaycanın «qara siyahısına» düşəcəyindən qorxub-qorxmaması ilə bağlı suallarını cavablandıran P.Dominqo zarafat edərək hətta burada bir gecə də keçirməyə hazırdır, lakin bir şərtlə ki, onun kifayət qədər qəhvəsi və siqareti olacaq və sonrakı gün onu güllələməyəcəklər.


Teqlər:





Xəbər lenti