Əfv olunanlar - VİDEOREPORTAJ

  Əfv olunanlar -    VİDEOREPORTAJ
  17 Mart 2019    Oxunub:5890
Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamının icrası başa çatıb. Sərəncam ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan 399 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Azvision.az xəbər verir ki, sərəncamın icrası ilə əlaqədar Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində tədbirlər keçirilib.

Mərasimdə çıxış edən xidmət rəsmiləri və digər qonaqlar azadlığa çıxanları təbrik edərək, onlara bir daha cinayət törətməməyi, qanunlara riayət etməyi tövsiyyə ediblər. Daha sonra əfv olunan məhkumlara arayışlar təqdim olunub, onlar öz ailələrinə, yaxınlarına qovuşublar.

Ən çox məhkum azad edilən cəzaçəkmə müəssisəsi 6 saylıdır. Belə ki, müəssisədən 49 nəfər azadlığa buraxılıb. 1 saylı cəzaçəkmə müəssisəsindən 8, 15 saylı cəzaçəkmə müəssisəsindən 4, Pentensiar Xidmətin Müalicə Müəssisəsindən isə 3 nəfər əfv sərəncamına əsasən azadlığa çıxıb.

Azvision.az -ın cəzaçəkmə müəssisələrindən hazırladığı videoreportajı təqdim edirik:



Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Əfv   Sərəncam  





Xəbər lenti