Yeniyetmə boksçularımız Avropadan 4 medalla dönür

Yeniyetmə boksçularımız Avropadan 4 medalla dönür
  16 Noyabr 2013    Oxunub:1368
Yeniyetmə boksçularımız Avropa birinciliyindən 4 medalla dönür.
AzVision.az xəbər verir ki, Rusiyanın Anapa şəhərində yeniyetmələr arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Azərbaycan idmançıları yarışda 3 gümüş və 1 bürünc medala sahib olublar.

Boks Federasiyasının mətbuat xidmıtindən Musavat.com-a verilən məlumata görə, finala vəsiqə qazanmış hər 3 boksçumuz həlledici görüşdə rusiyalı rəqiblərinə uduzub. Rüfət Hüseynov (46 kq) Maqomed Maqomedbekova, Tayfur Əliyev (52 kq) Tamerlan Xanqişiyevə, Hüseyn Tarverdili isə (70 kq) Vladimir Xarçenkoya məğlub olub.

Xatırladaq ki, Ümüd Hüseynov (50 kq) Avropa birinciliyinin bürünc medalına layiq görülüb.

Yarışda ölkəmizi hakim kimi Mehman Mürsəlov təmsil edib.


Teqlər:





Xəbər lenti