Berluskoninin səhhətində problem yaranıb

Berluskoninin səhhətində problem yaranıb
  16 Noyabr 2013    Oxunub:1007
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni bu gün rəhbərlik etdiyi «Azadlıq xalqı» Partiyası Milli Şurasının Romada keçirilən toplantısında çıxışı zamanı özünü pis hiss edib və dərhal mühafizəçi və həkimin müşayiəti ilə səhnə arxasına keçib.
AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, sabiq hökumət başçısının çıxışı çox emosional olub və Milli Şurada islahatların aparılması və «İrəli, İtaliya!» hərəkatının bərpasının zərurətinə həsr olunub.

Çıxışı zamanı S.Berluskoni ozünü pis hiss edib və tribunaya söykənmək məcburiyyətində qalıb. Şəxsi həkimi eks-baş nazirə çıxışı dayandırmağı məsləhət görsə də, Berluskoni nitqini davam etdirib və bu, partiyadaşları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, çıxışının əvvəlində S.Berluskoni ötən gecə yatmadığını bildirib. O, bütün gecə onun ən yaxın silahdaşı, baş nazirin müavini və daxili işlər naziri Ancelino Alfanonun partiya sıralarından istefasını düşündüyünü deyib. İstefa verən A.Alfano isə yeni partiya, «Yeni sağ-mərkəzçi hərəkat» yaradacağını açıqlayıb.


Teqlər:





Xəbər lenti