Pakistanda toqquşmalar: 10 ölü

Pakistanda toqquşmalar: 10 ölü
  17 Noyabr 2013    Oxunub:1171
İğtişaşlardan sonra Ravalpindi şəhərində komendant saatı tətbiq edilib.

AzVision.az xəbər verir ki, Pakistanda ayrı-ayrı məzhəblər arasında qanlı toqquşma baş verib. Xeyli sayda ölü və yaralının olduğu Ravalpindi şəhərində fövqəlada vəziyyət elan edilib.

Pakistanın Ravalpindi şəhərində müsəlmanların dini mərasimi zamanı iğtişaş baş verib. Yerli polisin məlumatına görə, məzhəblərarası toqquşma zamanı 10 nəfər həlak olub. Daha 35 nəfərin xəsarət aldığı bildirilir. Yaralılardan 13 nəfərin odlu silahdan açılan atəşlə xəsarət aldığı deyilir.

İğtişaşlar zamanı bir sıra mağaza, avtomobil yandırılıb. Polis qüvvələri toqquşmanın qarşısını almağa çalışsa da, buna nail ola bilməyiblər. Yaralılar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları da var. Toqquşmalardan sonra şəhərdə komendant saatı elan edilib. Şəhər küçələrində polis və hərbçilər təhlükəsizliyə nəzarət edir.


Teqlər:





Xəbər lenti