Saakaşvili iqamətgahını tərk edir

Saakaşvili iqamətgahını tərk edir
  17 Noyabr 2013    Oxunub:1401
Gürcüstan prezidenti ilə onun administrasiyası da prezident qərargahını tərk edir.
Gürcüstanın hazırkı prezidenti Mixail Saakaşvili öz səlahiyyətlərinin bitməsinə bir gün qalmış Tiflisidəki prezdent iqamətgahını tərk edib. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, bu barədə "NewsGeorgia" agentliyi bildirib.

Bazar günü noyabrın 17-də Tiflisdə Gürcüstanın yeni prezidenti Georgi Margelaşvilinin inauqurasiyası olacaq. O, bir il qabaq parlament seçkilərini udmuş və Saakaşvilinin partiyasını əvəz etmiş "Gürcü arzusu" koalisiyasının üzvüdür. Oktyabrın sonlarında keçirilən prezident seçkilərində o, 60% səs toplayaraq qalib gəlib.

Saakaşvili ilə onun administrasiyası da prezident qərargahını tərk edir.


Teqlər:





Xəbər lenti