Pirallahını Abşeronla birləşdirən qeyri adi körpü tikilir

Pirallahını Abşeronla birləşdirən qeyri adi körpü tikilir
  17 Noyabr 2013    Oxunub:1602
Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpü inşa olunur.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşasında işlər davam etdirilir.

Pirallahı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, körpünün uzunluğu 421 metr, eni isə 14 metrdir. Körpü 10 dayaqdan, 9 aşırımdan ibarət olacaq. Tikinti işlərinin 2014-cü ildə yekunlaşdırılması planlaşdırılır.
Bununla yanaşı, Pirallahı Rayon Polis Şöbəsinin inzibati binasının da inşası aparılır.

Layihəyə görə, üç mərtəbədən ibarət olacaq inzibati binanın sahəsi 630 kvadratmetrdir. Hazırda binanın birinci mərtəbəsində betonlama işləri gedir.



Teqlər:  





Xəbər lenti