Sabah mülayim hava olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 18-də havanın dəyişkən buludlu keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam arabir güclənən şimal-qərb
küləyi ilə əvəz olunacaq.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 14-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın əksər rayonlarda noyabrın 18-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.