Millimiz ərəblərlə heç-heçə edib

Millimiz ərəblərlə heç-heçə edib
  23 Mart 2019    Oxunub:1952
Bakıda təlim-məşq toplanışını davam etdirən 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Azvision.az xəbər verir ki, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Məhəmməd Məhərrəmov vurub.

Qeyd edək ki, komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.

Azvision.az



Teqlər: BƏƏ   Milli   Futbol   Yarış  





Xəbər lenti