Meşələrdə kəsimə qarşı iş gücləndirilib

Meşələrdə kəsimə qarşı iş gücləndirilib
  17 Noyabr 2013    Oxunub:1470
Göygöl rayonunda qanunsuz ağackəsmə hallarına qarşı mübarizə gücləndirilib.

Havaların soyuması qaz olmayan bəzi kəndlərdə odun yanacağına olan tələbatı artırıb. Bunu nəzərə alan Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

Müəssisənin direktoru Aslan Vəliyev deyib ki, sıx meşələri ilə tanınan Göygöldə əvvəlki illərdən fərqli olaraq qanunsuz ağackəsmə halları xeyli azalıb. Bunun da əsas səbəbi dağ kəndlərinin bəzilərinə mavi yanacağın verilməsidir. Lakin təəssüflər olsun ki, bəzən vətəndaşlar tərəfindən meşələrdə ağackəsmə hallarına rast gəlinir. Son bir ay ərzində bu məsələ ilə bağlı 30 nəfər barəsində tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına müraciət edilib.

Müəssisənin direktoru əlavə edib ki, mübarizə tədbirləri ilə yanaşı, meşələrdə yeni ağacların əkilməsi prosesi də aparılır. Təkcə bu il Göygöl meşələrində 35 hektar sahədə müxtəlif ağaclar əkilib.


Teqlər:





Xəbər lenti