Çikaqoda yaşayan azərbaycanlı müəllim - FOTOLAR
Ömür-gün yoldaşı Fərhad Əliyev ixtisasca həkimdir. Hazırda hospitallardan birində UZİ həkimi işləyir. İki övladı var- Aydın və Günay xanım. Hər ikisi ali təhsillidir. Aydın Hollivudda yaşayıb çalışır, prodüsserdir, öz musiqi studiyası var. Günay xanım isə tibbi cihazların satışı üzrə bizneslə məşğul olur. Hər ikisi bir sıra xarici dillərlə yanaşı azərbaycan dilində də mükəmməl danışa bilirlər.
Deyir ki,- "Amerikaya gənclər gəlsə daha yaxşı olar. Onlar yaşlı adamlara nisbətən buraya tez uyğunlaşırlar. İngilis dilini bilmədən, Amerika təhsili almadan burada çox çətin olur. Saatı on-on beş dollara işləməklə heç bir nəticə əldə etmək mümkün deyil. Gərək yaxşı yerdə işləyəsən ki, rahat yaşaya biləsən".
Azərbaycanı canı qədər əziz bilir, fəxr edir ki, azərbaycanlıdır. Çikaqoda ölkəmizlə bağlı keçirilən tədbirlərin əksəriyyətinin iştirakçısı olub. Vaxtaşırı Bakıya getməsə özünü narahat hiss edir. Arzularını dilə gətirib söyləyir ki,- "Övladlarım yüksək təhsilə yiyələnib, necə deyərlər, hər birinin işi-gücü var. Bircə qalıb onların toyunu görmək və nəvə-nəticə sahibi olmaq".
Bəli, bir ana kimi azərbaycanlı anaları uzaq ölkədə təmsil edən bu mehriban, gülərüzlü xanımı dinlədikcə Amerikaya gələndə arxamca su atan öz anam yadıma düşdü. Allah bütün Azərbaycan analarını arzularına çatdırsın və övladlarının xoş günlərini görməyi onlara nəsib etsin!.
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Azvision.az
Teqlər: ABŞ Azərbaycan