Daxili Qoşunların Komandanı hərbi hissədə daxili xidmətin təşkili və aparılması, şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı, o cümlədən xidməti heyvanların saxlanılması şəraiti ilə yaxından tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.

Novruz bayramı münasibətilə əsgər və zabitləri təbrik edən komandan, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, hərbi hissələrdə geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb. O, hərbi hissənin xidməti-döyüş fəaliyyətinin təşkili və digər zəruri məsələlərlə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı və hərbi hissənin komandanlığı bayram süfrəsi arxasında şəxsi heyətlə birlikdə nahar edib.
Hərbi hissədə keçirilən bayram tədbirləri çərçivəsində Daxili Qoşunların Nümunəvi Göstərici Hərbi Orkestri bayram konserti ilə hərbi qulluqçular qarşısında çıxış edib.
Azvision.az