Xəzər rayonunda işıq olmayacaq

Xəzər rayonunda işıq olmayacaq
  24 Mart 2019    Oxunub:2497
Bu gün saat 11:00-dan 14:00-a qədər Xəzər rayonunun Buzovna (Albalılıq yaşayış sahəsi), Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Bunu Azvision.az -a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xəttlərində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.

Yaranacaq narahatlığa görə "Azərişıq" abunəçilərdən üzr istəyib.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla, ölkənin 10-dan artıq regionuna "Azərişığ"ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.

Azvision.az


Teqlər: Xəzər   Azərişıq  





Xəbər lenti