Pirallahı keyfiyyətli içməli su ilə təmin olunacaq

Pirallahı keyfiyyətli içməli su ilə təmin olunacaq
  17 Noyabr 2013    Oxunub:1742
Pirallahı sakinləri keyfiyyətli içməli su ilə təmin olunacaq.
Yeni yaradılmış Pirallahı rayonunda geniş miqyaslı tikinti-quruculuq işləri davam edir.

Rayon icra hakimiyyətindən bildiriblər ki, Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin inşası və qəsəbədaxili şəbəkənin çəkilişi işləri davam etdirilir. Həmin işlər başa çatdıqdan sonra Pirallahı sakinləri 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaq.

Pirallahı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti