Millimiz Litvaya məğlub olmadı

  25 Mart 2019    Oxunub : 1927
Millimiz Litvaya məğlub olmadı
Bu gün futbol üzrə Azərbaycan millisi Litva yığması ilə yoldaşlıq oyunu keçirib.
Azvision.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi milli komandamızın oyunu "Bakcell arena"da baş tutub. Maraqlı epizodlarla yadda qalan görüşdə qapılara qol vurulmayıb. Qarşılaşma heç-heçə ilə nəticələnib.

Qeyd edək ki, Azərbaycan və Litva yığmaları bundan əvvəl iki dəfə üz-üzə gəliblər. Belə ki, millimiz 2 qarşılaşmanın birində qalib gəlib (2:1), digərində isə məğlub (0:1) olub.

Azvision.az

Teqlər: Milli   Litva   Futbol