Kazan qəzasında ölənlər arasında azərbaycanlı yoxdur

Kazan qəzasında ölənlər arasında azərbaycanlı yoxdur
  18 Noyabr 2013    Oxunub:1153
Son məlumatlara görə 52 ölən sərnişin arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanov da var.

İlkin məlumata görə, Kazanda təyyarə qəzası nəticəsində həlak olan sərinişinlər arasında Azərbaycan vətəndaşı olmayıb. AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Həmçinin, ilkin məlumata əsasən, qəza nəticəsində ölənlər arasında Rusiya vətəndaşları ilə yanaşı, bir Böyük Britaniya vətəndaşı da var.

Qeyd edək ki, bu gün axşam saatlarında Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus "Boeing 737-500" tipli təyyarə qəzaya uğrayıb, son məlumatlara görə 52 nəfər ölüb. Ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanovun da olduğu bildirilir.


Teqlər:  





Xəbər lenti