Ərdoğan: Türkiyənin qarşısında heç bir qüvvə dayana bilməyəcək

Ərdoğan: Türkiyənin qarşısında heç bir qüvvə dayana bilməyəcək
  18 Noyabr 2013    Oxunub:1136
Türkiyənin qarşısında heç bir qüvvə dayana bilməyəcək. AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan deyib.

Erqani şəhərində bir sıra obyektlərin açılış mərasimində iştirak edən R.T.Ərdoğan qeyd edib ki, 21-ci əsr Türkiyə əsri olacaq: "Allahın izni ilə Türkiyənin qarşısında heç bir qüvvə dayana bilməyəcək. Biz hökumət olaraq bunu hədəfləyirik".

O bildirib ki, Türkiyə artıq dəyişib. Yeni Türkiyə dilindən, dinindən, məzhəbindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına sahib çıxır:

"Türkiyə sürətlə dəyişdikcə regionumuz da dəyişir. Türkiyə gücləndikcə regionumuz da güclənir".


Teqlər:  





Xəbər lenti