Tatarıstanda matəm elan olundu

Tatarıstanda matəm elan olundu
  18 Noyabr 2013    Oxunub:1310
Tatarıstan höküməti 18 oktyabrı Kazanda baş verən təyyarə qəzasının qurbanların anma günü elan edib.
Son məlumatlara görə qəzada 52 nəfər həyatın itirib. AzVision.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Yuriy Kamaltınov xəbər verib.

Onun sözlərinə görə matəm haqda fərman artıq Tatarstan prezidenti Rüstəm Minnixanov tərəfindən imzalanıb. Matəm günü bütün dövlət müəssisələrində bayraqlar aşağı endiriləcək. Bundan əlavə yerli televiziya kanalları və radiostansiyalara efirdən əyləncəli verilişləri çıxarmaq tövsiyyə edilib.

Hökümət qüvvələri həmçinin ölənlərin yaxınlarına bir milyon rubl ödəmək qərarı alıb. Bununla əlaqədar vəsait rezerv fondundan ayrılacaq. Daha əvvəl xəbər verilmişdi ki, bu rəqəm 2 milyon olacaq. Lakin, nazir müavini ödəniləcək rəqəmin bir milyon olduğun qeyd edib.

Qeyd edək ki, bu gün axşam saatlarında Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus "Boeing 737-500" tipli təyyarə qəzaya uğrayıb, son məlumatlara görə 52 nəfər ölüb. Ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanovun da olduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti