Külə dönən “Diqlas” təmir olunacaq - FOTOLAR+VİDEO

 Külə dönən “Diqlas” təmir olunacaq -  FOTOLAR+VİDEO
  27 Mart 2019    Oxunub:7999
Ötən gün yanan "Diqlas" Ticarət Mərkəzi təmir olunacaq.

Azvision.az -ın məlumatına görə, bu barədə özünü obyektin rəhbərlərindən biri kimi təqdim edən Araz Rəhimov adlı şəxs mağazaları yanan sahibkarlarla görüşündə deyib. Onun sözlərinə görə, ticarət mərkəzini qısa zamanda təmir etdirib, istifadəyə vermək mümkündür.
"Siz də bizim qədər zərər çəkmisiniz. Obyekti yenidən təmir etdirib, əvvəlki vəziyyətinə qaytaraq. İnsanlar yenidən işləsinlər. Heç bir təxribata uymayın. Çox adamı çox yerə yönləndirmək istəyən olacaq".



A.Rəhimov təklif edib ki, təmirdən sonra mağaza sahibləri icarə haqqı ödəmədən fəaliyyət göstərə bilərlər. Lakin sahibkarlar onun təklifi ilə razılaşmayıb, kompensasiya tələb ediblər.





Foto/Video: Şahin Sərdarov
Azvision.az



Teqlər: Diqlas  





Xəbər lenti