Dövlət qulluqçusu olmaq üçün 300 nəfər ərizə verib

Dövlət qulluqçusu olmaq üçün 300 nəfər ərizə verib
  28 Mart 2019    Oxunub:2215
Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla, ümumilikdə 9 dövlət orqanında dövlət qulluğu vəzifələrinin B növünə aid olan 73 vakant inzibati vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 14-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.
DİM-dən Azvision.az -a a bildirilib ki, martın 28-i saat 14.30-a olan məlumata görə, müsahibədə iştirak etmək üçün 300 nəfər ərizə verib. Ən çox müraciət Maliyyə Nazirliyində (23 vakant yerə 222 nəfər) qeydə alınıb. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib.

Qeyd edək ki, ümumilikdə müsahibəyə çıxarılmış 73 vakant vəzifənin 2-si 5-ci təsnifata, 18-i 6-cı təsnifata, 53-ü isə 7-ci təsnifata aid olmaqla, 2-si BA, 71-i isə BB vəzifə qrupuna aiddir. Müsahibədə iştirak üçün qeydiyyat aprelin 14-dək davam edəcək.

Azvision.az



Teqlər: DİM   Ərizə  





Xəbər lenti