Kazanda ölənlərin ailələrinə pul veriləcək

Kazanda ölənlərin ailələrinə pul veriləcək
  18 Noyabr 2013    Oxunub:1536
Tatarıstanın Kazan şəhərində qəzaya uğrayan sərnişin təyyarəsində həyatını itirənlərin yaxınlarına kompensiyaya veriləcək. AzVision.az rus mətbuatına istinadən xəbər verir ki, “Sogaz” siğorta şirkəti qəzada ölən şəxslərin yaxınlara 2 milyon rubl (61 min 360 dollar) pul ödəcəyəcək.

Qeyd edək ki, dünən axşam saatlarında Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus "Boeing 737-500" tipli təyyarə qəzaya uğrayıb, son məlumatlara görə 52 nəfər ölüb. Ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanovun da olduğu bildirilir. Tatarıstan höküməti 18 noyabrı matəm günü elan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti