Tatarıstan prezidenti oğlunun öldüyü yerə gəldi

Tatarıstan prezidenti oğlunun öldüyü yerə gəldi
  18 Noyabr 2013    Oxunub:1401
Rüstəm Minnixanov 23 yaşlı oğlunun öldüyü təyyarə qəzasının baş verdiyi Kazan hava limanında üzgün görünüb
AzVision.az-ın məlumatına görə, Tatarıstan prezidenti Rüstəm Minnixanov oğlunun öldüyü təyyarə qəzasının baş verdiyi Kazan Hava Limanına gəlib. 23 yaşlı oğlu İrek Minnixanovun öldüyü yerə baş çəkən prezident üzgün görünüb.

50 nəfərin həlak ölduğu qəza yerində Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işə başlayıblar. Kazan Hava Limanındakı fövqəladə vəziyətlə bağlı operativ qərargah yaradılıb.

Qeyd edək ki, dünən axşam saatlarında Moskva-Kazan reysi ilə uçan "Tatarıstan" təyyarəsi Kazan Hava Limanında qəzaya uğrayıb. Qəza zamanı 50 nəfər dünyasını dəyişib.

AzVision.az


Teqlər:  





Xəbər lenti