Tələbələr narkotiklə “ağıllanırmış”

Tələbələr narkotiklə “ağıllanırmış”
  18 Noyabr 2013    Oxunub:1530
Amerika və Avropada tələbələr əqli qabiliyyətlərini artırmaq üçün yüngül narkotik preparatlardan istifadə edirlər. Bazel Universitetinin ekspertlərinin apardığı sorğu göstərib ki, tələbələrin 94 faizi neyrostimulyatorların nə olduğunu bilirlər. 13,8 faizi isə onların köməyilə əqli qabiliyyətini gücləndirməyə çalışıb.
Xüsusilə də tələbələr imtahan ərəfəsində bu metoda daha çox əl atıblar. Hər 3 tələbədən biri imtahana hazırlaşarkən yüngül narkotiklərdən istifadə edib.

Yuxarı kurs tələbələri daha çox stress keçirdikləri üçün stimulyatorlara da daha çox əl atıblar. Xüsusilə də arxitektura (19,6%), jurnalistika (18,2%), kimya (17,6%), iqtisadiyyat (17,1%), tibb (16,2%) fakültələrində oxuyan tələbələr yüngül narkotiklərdən faydalanıb. Buna ən az maraq göstərənlər isə riyaziyyat-fizika (8,6%) və idman (7%) fakültələrinin tələbələridir.

Sorğunun nəticələri onu da göstərib ki, tələbələrin çox az hissəsi bu yollarla istədikləri effektə nail ola biliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti