Rafael Ağayev finalda uduzdu

Rafael Ağayev finalda uduzdu
  30 Mart 2019    Oxunub:2183
Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb.
Azvision.az xəbər verir ki, idmançımız İspaniyanın Qvadalaxara şəhərində keçirilən böyüklərin 55-ci Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz yarışı gümüş medalla başa vurub.

Finaladək 4 döyüş keçirən Ağayev Yusid Suljiçi (Bosniya və Herseqovina) 3:0, Bekim Başanı (Albaniya) 3:1, Elhami Şabanini (Kosovo) 3:0, Stanislav Horunanı (Ukrayna) 5:1 hesabı ilə məğlub edib. Yarımfinalda qaşından yüngül zədə alan idmançımız bu gün baş tutan həlledici qarşılaşmada italiyalı Luici Busa ilə görüşüb. 5 qat dünya və 11 qat Avropa çempionu bu dəfə rəqibinə 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, bu, Rafael Ağayevin qitə çempionatlarında 20-ci medalıdır. Onun hesabında 11 qızıl, 2 gümüş və 7 bürünc medal var.

Azvision.az



Teqlər:





Xəbər lenti