Keçmiş məhkumlar yenidən cinayət törətdi

Keçmiş məhkumlar yenidən cinayət törətdi
  01 Aprel 2019    Oxunub:1505
Xətai RPİ 36-cı PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 27-də rayon ərazisində “Tofaş” markalı avtomobildən maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ələkbərov saxlanılıb.
DİN-dən Azvision.az -a verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 28-də rayon sakini R.Söhbətova məxsus “İveco” markalı avtomobildən 100 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti