Netanyahu Moskvaya gedir

Netanyahu Moskvaya gedir
  02 Aprel 2019    Oxunub:1784
İsrailin baş naziri Benyamin Netanyahu aprelin 4-də Moskvaya rəsmi səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüş keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin mətbuat xidməti məlumat yayıb. Lakin liderlərin görüşünün müzakirə gündəliyi barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün Putinlə Netanyahu telefon söhbəti apararaq, hərbi sahədə ikitərəfli əlaqələri və eləcə də, Yaxın Şərqdəki mövcud vəziyəti müzakirə ediblər.


Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Moskva   Rusiya   İsrail   Putin   Netanyahu  





Xəbər lenti