Dünyanın ən minalanmış ərazisi açıqlandı

Dünyanın ən minalanmış ərazisi açıqlandı
  02 Aprel 2019    Oxunub:2163
Ukraynanın şərq rayonları – Donbass əyaləti hazırda dünyanın ən minalanmış əraziləri olaraq qalır və belə vəziyyət 2 milyon insanın həyatına təhlükə yaradır.
Azvision.az xəbər verir ki, bu barədə BMT-nin qaçqınlarla iş üzrə ali komissarının rəsmi nümayəndəsi Şabiya Mantu keçirdiyi brifinqdə bəyan edib.

Onun sözlərinə görə, həm hökumət, həm də humanitar təşkilatlar və Donbassdakı münaqişənin tərəfləri Ukraynanın minalardan təmizlənməsi istiqamətində fəaliyyələrini genişləndirməlidirlər. Çünki Əfqanıstan və Suriyadan sonra dünyada müharibədən qalan partlamamış minalarda həyatını itirənlərin sayına görə Ukrayna 3-cü yerdədir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Mina   BMT   Donbass  





Xəbər lenti